EN

“Xəbər çıxdı ki, övladım var”

Bir neçə il əvvəl Amerikaya köçüb daha sonra vətənə geri qayıdan müğənni İlhamə Qasımova şəxsi həyatında yaşadığı problemlər səbəbilə orada qalmaq məcburiyyətində olub.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgizlə izlə” verilişində danışıb.

“Amerikaya yaşamağa getməmişdim. Heç vaxt ağlımda olmayıb başqa ölkədə yaşamaq. Getdim, müəyyən səbəblərdən qayıtmağım uzandı”, - deyə İlhamə bildirib.

Qasımova övladı olması ilə bağlı yayılan xəbərlərə belə reaksiya verib:

“Uşaqları çox sevirəm. Uşaq yaşımdan da uşaq baxmışam: əmimin uşaqları, sonra qardaşımın övladları. Xəbər çıxdı ki, övladım var. Amma yox, qardaşımın övladı idi”.

Bizim.Media

Chosen
5
2
bizim.media

3Sources