Almaniyanın Hannover şəhərində İkinci Dünya Müharibəsi zamanı istifadə edilən Amerika istehsalı olan bombası aşkar edilərək zərərsizləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə "Langenhagener-News" məlumat yayıb.
Nəşr qeyd edib ki, sursat Hannover Tibb Məktəbinin tikintisində aşkar edilib.
Hadisə yerində fövqəladə vəziyyət elan edilib. Minlərlə insan sürətlə təhlükə zonasını tərk etdi.