EN

İsrail daha bir SEPAH generalını öldürdü - İran təsdiqlədi

Suriyadakı iranlı hərbi məsləhətçilər korpusunun rəhbəri general-mayor Keyumərs Purhaşimi öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami təsdiqləyib.

O, İranın Suriyadakı baş hərbi müşaviri, Hac Haşim ləqəbi ilə tanınan general-mayor Keyumərs Purhaşiminin İsrail tərəfindən öldürüldüyünü bildirib.

Qeyd edək ki, daha öncə İranın SNN telekanalı Hələb şəhəri yaxınlığında Purhaşiminin öldüyü barədə məlumat yayıb.

Chosen
46
2
axar.az

7Sources