Ukraynanın Donald Trampın prezidentliyi dövründə Şimali Atlantika Alyansına qoşulmaq üçün dəvət alması mümkünsüzdür.
Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.
Nəşr qeyd edib ki, NATO-ya üzv olan ölkələr Ukraynanı alyansa qəbul etməkdən çəkinir, bunun hərbi-siyasi bloku Ukrayna münaqişəsinin iştirakçısına çevirəcəyindən ehtiyat edirdilər.
Həmçinin bildirilir ki, Tramp administrasiyası Ukraynanın yaxın gələcəkdə alyansa daxil olmasını dəstəkləmək planlarının olmadığını açıq şəkildə bəyan edib.
Müəllif: Arzu