EN

A Seriyası: “Milan” və “Bolonya”dan darmadağın

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Komo” – “Montsa” oyununda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblr. “Milan” doğma meydanda “Empoli”ni, “Bolonya” isə “Venesiya”nı 3 cavabsız qolla məğlub edib.

14-cü tura dekabrın 2-də yekun vurulacaq.

İtaliya, A Seriyası
14-cü tur
29 noyabr

Kalyari – Verona 1:0
Qol: Pikkoli, 75.

30 noyabr

Komo – Montsa 1:1
Qollar: Engelhardt, 36 – Kaprari, 54-pen.

Milan – Empoli 3:0
Qollar: Morata, 19. Reynders, 44; 69.

Bolonya – Venesiya 3:0
Qollar: Ndoye, 21-pen; 71. Orsolini, 69-pen.

1 dekabr

15:30. Udineze – Cenoa
18:00. Parma – Latsio
18:00. Torino – Napoli
21:00. Fiorentina – İnter
23:45. Leççe – Yuventus

2 dekabr

23:45. Roma – Atalanta

Chosen
11
1
arena.az

2Sources