EN

Putini bu sözlərə görə Nazarbayev də peşman etmişdi

Putinin 2014-cü ildə “Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb, Nazarbayev bu ərazidə dövlət qurub” sözlərindən sonra qazaxlar “Rusiya prezidentinə tarixi kitab” adlı etiraz kampaniyasına başladı. Buna paralel olaraq, dövlət sifarişi ilə “Qazaxfilm” Qazaxıstan ərazisində mövcud olmuş tarixi dövlətlərlə bağlı kifayət qədər ciddi filmlər çəkdi: “Tomris” filmi belə uğurlu layihələrdəndir, o cümlədən, “Qızıl Orda” ilə Rusiyaya “sizin dövləti də biz yaratmışıq” mesajını verdilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Putinin Astana səfəri zamanı “Qazaxıstan rusdilli dövlətdir” sözlərinə cavab olaraq Prezident Tokayevin qazaxca çıxışı etməsi haqda qeyd edib.

O bildirib ki, 2017-ci ildə Nazarbayevin sərəncamı ilə latın əlifbasına keçid layihəsinə start verildi:

“Layihənin 2025-ci ildə başa çatması planlaşdırılır. Putinin o sözünə görə Rusiyanı, belə demək mümkünsə, peşman etdilər. Çünki Nazarbayev Rusiya ilə nə qədər müttəfiq olsa da, Lukaşenko deyildi və dövlət məsələsində prinsipial mövqe sərgiləyirdi.

Tokayev də Putinin Qazaxıstanı “tamamilə rusdilli ölkə” adlandırmasına dərhal verdiyi reaksiya ilə eyni prinsiplərə sadiq olduğunu göstərdi. Və istisna deyil ki, bundan sonra Rusiyaya “Qazaxıstanın tamamilə rusdilli ölkə olmadığını” praktiki addımlarla hiss etdirəcəklər. Çünki Putinin bu sözləri əslində 10 il öncəki iddiasını fərqli formada davam etdirmək və rəsmi Astananı hibrid müharibədə istifadə etdikləri “rusdilli xalq” taktikası ilə hədələməkdir”.

Chosen
15
3
bakivaxti.az

10Sources