EN

İdman bürcü - Astroloji PROQNOZ: 2-8 dekabr

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
İlin son ayının başlanğıcı Qoçlara işdə mövqelərini möhkəmləndirmək və uğur qazanmaq fürsəti verəcək. Bir sıra məsələlərinizi həll etməyə şərait yaradacaq enerji dalğası hiss edəcəksiniz. Münaqişələrin qarşısını almaq üçün şəxsi həyatınızda qərarlar qəbul edərkən vaxt ayırmaq vacibdir. Səhhətinizə fikir verməli və həddindən artıq işdən çəkinməyiniz məsləhətdir. Səbirli olsanız, maliyyə məsələləri uğurla həll olunacaq. Qılıncoynatma, avarçəkmə, velosiped, qaçış, atıcılıq və güləş idmanında nailiyyətlər qaçılmazdır.

Buğa
Buğalar bu həftə əsl istəklərini həyata keçirmək üçün əlverişli vaxtı qazanacaq. Peşəkar sahədə şans sizin tərəfinizdə olacaq, lakin bunun üçün əzmkarlıq tələb olunacaq. İlin son ayının başlanğıcı gələcəyi planlaşdırmaq və nəticə çıxarmaq üçün ideal vaxtdır. Sevdiyiniz insanla münasibətlərinizdə onun istəklərinə diqqət yetirsəniz, hər şey ürəyinizcə olacaq. Büdcənizi pozmamaq üçün lazımsız alışlardan çəkinməyə çalışın. Stolüstü tennis, futbol, şahmat, cüdo və boksla məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Əkizlər
Həftə Əkizlərə çoxlu yeni ideyalar və ilham gətirəcək. Dekabrın əvvəli köhnə tapşırıqları yerinə yetirməyiniz və yeni çağırışlara hazırlaşmaq üçün münbit şərait yaranacaq. Məsuliyyəti öz üzərinə götürməkdən qorxmayın - səyləriniz nəzərə çarpacaq və qiymətləndiriləcək. Dostlarla münasibət qurmağa çalışın. Onlarla təmas sizə müsbət emosiya və enerji verəcək. Maliyyə sektorunda düşünməyə dəyər maraqlı təkliflər ola bilər. İstənilən halda razılaşmağa dəyər. Avarçəkmə, çövkən, cüdo, atletika, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Xərçəng
Xərçəngləri gözlənilməz dönüşlərlə dolu bir həftə gözləyir. Zaman lazımsız şeylərdən qurtulmaq və yeni bir işə başlamaq üçün əlverişlidir. Diqqətinizi şəxsi həyatınıza yönəltmək tövsiyə edilir - ətrafınıza qarşı göstərəcəyiniz diqqət və qayğı münasibətlərinizi möhkəmləndirməyə kömək edəcək. Maddi məsələlərdə təmkinli olsanız, daha yaxşı həll olunacaq. İşdə münaqişələrin qarşısını almaq üçün həddindən artıq emosionallıqdan çəkinin. Futzal, minifutbol, güləş, karate, basketbol və idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Şir
Bu həftə Şirlərə çoxlu parlaq anlar və fürsətlər bəxş edəcək. Təbii cazibəniz mühüm əlaqələr qurmağınıza və köhnə münasibətlərinizin möhkəmlənməsinə kömək edəcək. İrəliləyiş şansını əldən verməmək üçün iş məsələlərinə diqqət yetirməyin zəruriliyini hiss edəcəksiniz. Enerjiniz ən yaxşı vəziyyətdə olacaq, ancaq onu yaradıcı istiqamətə yönəltməyə çalışın. Futzal, güləş, atıcılıq, basketbol, həndbol və voleybol idman növlərində uğurlar vəd olunur.

Qız
Həftə qızlar üçün uğurlu başlanğıc olacaq. Qarşıda təfərrüatlara diqqət yetirməyin uğurun açarı olacağı bir həftə var. Mütəşəkkilliyiniz və gərgin zəhmətiniz işdə istənilən işin öhdəsindən gəlməyə kömək edəcək. Şəxsi münasibətlər ön plana çıxacaq, uzun müddətdir davam edən anlaşılmazlıqları aradan qaldıra biləcəksiniz. Həddindən artıq işdən qaçmaq üçün daha çox istirahət etmək məsləhət görülür. Gələcəklə bağlı maliyyə məsələsində diqqətli olun. Bununla bağlı yaranacaq fürsəti əldən verməyin. Həndbol, voleybol, basketbol, hokkey və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Tərəzi
Bu həftə Tərəzilərə yüngüllük və ilham hissi gətirəcək. Yarımçıq qalmış məsələləri həll edə və özünüzü lazımsız öhdəliklərdən azad edə biləcəksiniz. Bacarıqlarınıza arxayın olsanız, peşəkar sahədə yeni üfüqlər açılacaq. Sevgi münasibətlərində yarana biləcək anlaşılmazlığın qarşısını almaq üçün diqqətli olun. Maddi vəziyyətiniz sabit olacaq, lakin kortəbii xərclər ortaya çıxacaq, onlardan yayınmağınız məsləhət görülür. Üzgüçülük, atçılıq, qaçış, otüstü hokkey və voleybol növlərində uğurlar gözləniləndir.

Əqrəb
Əqrəblər üçün həftə bir sıra dəyişikliklərlə səciyyəvi olacaq. Məqsədlərinizə doğru inamla irəliləyərək xırda məqamlardan yayınmayın. Başladığınız işi uğurla yekunlaşdırmağa kömək edəcək bir güc dalğası hiss edəcəksiniz. Ünsiyyətə açıqsınızsa, şəxsi həyatınızda sizi xoş sürprizlər gözləyir. Maddi məsələlər müsbət həll olunacaq, lakin tələsik qərarlardan qaçmaq vacibdir. Futbol, avarçəkmə, sambo, güləş və gimnastika növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Oxatan
Oxatan bürcü üçün dekabrın 2-dən 8-ə qədər olan dövr onlara həyatlarına yeni rakursdan baxmaq imkanı verəcək. Rutininizdə rifahınızı yaxşılaşdıracaq dəyişikliklər edə biləcəksiniz. İlin son ayının başlanğıcı sizi yeni hədəflər qoymağa və onlara nail olmaq yollarını axtarmağa ruhlandıracaq. Sevdiklərinizlə münasibətlərdə onların hisslərinə tolerantlıq və diqqət göstərmək vacibdir. Hobbinizə daha çox vaxt ayırın - bu sizə sevinc bəxş edəcək. Cüdo, güləş, üzgüçülük, karate və futbolla məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Oğlaq
Oğlaqlar üçün həftə məhsuldarlıq və nailiyyətlərlə zəngin olacaq. Metodiki hərəkət etsəniz, işdə uğur qazanacaqsınız. Həmkarlar və tərəfdaşlarla münasibətlərdə münaqişələrin qarşısını almaq üçün diplomatik gedişlər vacibdir. Sağlamlığınıza fikir vermək və istirahətinizə vaxt ayırmağınız tövsiyə edilir. Əzmkarlığınız məqsədlərinizə çatmağınıza kömək edəcək. Daxili gücünüzün artacağını hiss edəcəksiniz. Basketbol, həndbol, cüdo, voleybol, tennis və samboçular üçün yaxşı başlanğıc olacaq.

Dolça
Həftə ərzində Dolçalar həyatlarının yeni rənglərlə başladığını hiss edəcəklər. Dekabrın əvvəli ideyalarınızın həyata keçməsi üçün əlverişli olacaq. Mühüm işlər üçün prioritetlərinizi yenidən nəzərdən keçirməyiniz zəruridir. Əgər impulsiv qərarlardan qaçsanız, maliyyə durumunuz sabit qalacaq. Şəxsi həyatınızda münasibətləri gücləndirmək üçün səmimiyyət göstərmək vacibdir. Gimnastika, güləş, karate, stolüstü tennis və cüdo ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Balıqlar
Həftə Balıqların əsas köməkçisi daxili intuisiyaları olacaq. İşdə yaranmış mürəkkəb problemlərin həll yollarını tapa biləcəksiniz. Şəxsi münasibətlərə diqqət yetirin - qayğınız və dəstəyiniz sizə yaxın insanlar üçün xüsusilə vacib olacaq. Özünüzlə tək keçirdiyiniz vaxt enerjinizi bərpa etməyə kömək edəcək. Hisslərinizə etibar edin və bu zaman düzgün qərarlar verə biləcəksiniz. Boks, şahmat, güləş, üzgüçülük, karate və futbol idman növlərində bol-bol uğurlar vəd edilir.

Chosen
5
4
day.az

5Sources