EN

Gürcüstanda kütləvi istefalar davam edir

Xəbər verdiyimiz kimi, Gürcüstanın ABŞ-dəki səfiri Davit Zalkaliani və  Niderland Krallığındakı səfiri David Solomonia istefa verib.  

Herbiand.az xarici mətbuata istinadən xəbər verir ki, istefalar bununla yekunlaşmayıb.  Belə ki, Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, ölkənin Litvadakı səfiri Salome Şafakidze, Bolqarıstan və İtaliyadakı səfirləri Otar Berdzenişvili və İrakli Vekua da istefa veriblər.  

Bununla da istefa verən səfirlərin sayı 5-ə çatıb.  

Səfirlər Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması barədə qərarını dəstəkləmirlər.

Chosen
23
6
herbiand.az

7Sources