EN

"Botafoqo"dan tarixi ilk

Braziliyanın "Botafoqo" klubu tarixində ilk dəfə Libertadores Kubokunu qazanıb.

Fanat.Az xəbər verir ki, komanda finalda Braziliyanın digər təmsilçisi "Atletiko Mineyro"nu 3:1 hesabı ilə məğlub edərək tarixi uğura imza atıb.

Xatırladaq ki, dünən Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən final matçının ilk dəqiqəsində "Botafoqo"nun oyunçusu Qreqore rəqib futbolçu Fausto Veraya qarşı kobud oyuna görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, "Botafoqo" 35-ci dəqiqədə Luis Enrikenin qolu ilə hesabı açıb. Bir neçə dəqiqə sonra Aleks Telles penaltidən fərqlənərək hesabı 2:0 edib.

İkinci hissənin əvvəlində "Atletiko Mineyro" Eduardo Varqasın qolu ilə fərqi azaldıb. Lakin matçın son dəqiqələrində "Botafoqo"nun oyunçusu Junior Santosun qolu  yekun hesabı müəyyənləşdirilib – 3:1.

Bu qələbə ilə "Botafoqo" Libertadores Kubokunu qazanan 12-ci Braziliya klubu olub və 2025-ci ildə ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatına vəsiqə qazanıb.

Chosen
11
fanat.az

1Sources