EN

Qəzzada döyüşlərdə 191 jurnalist həlak olub

2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin qızışmasından bəri Qəzza zolağında gedən döyüşlərdə ən azı 191 jurnalist həlak olub. Bu barədə Livanın “Al Mayadeen” telekanalı Fələstin anklavının hökumətinə istinadən məlumat yayıb.

Fələstin anklav hökumətinin bəyanatında deyilir: “İsrailin jurnalistləri öldürməsi isübut edir ki, Qəzzada müharibə təkcə mülki şəxslərə qarşı deyil, həm də həqiqətə qarşı çevrilib”.

Ötən il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail, HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb

Oxuməni.az.

Chosen
20
1
oxumeni.az

10Sources