EN

Alaqaranlıqda məktəbə tələsən uşaqlar... - Ekspert dərslərin 1 saat gec başlamasını təklif edir

Dekabr ayıdır, saat 8-ə qalır, amma hələ də ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında – yanvarda, fevralda – bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar.

Ucnoqta.az xıbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert qeyd edir ki, bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır:

"Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur.

Bəlkə qış aylarında dərsləri 1 saat gec başlayaq? Bu addım:

 • Uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar;

 • Onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar;

 • Həm də valideynlər üçün bu erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər."

Kamran Əsədov bildirir ki, məqsədimiz yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir:

"Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir".

Chosen
3
20
ucnoqta.az

10Sources