EN

Mask Baydeni tənqid etdi

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydenin oğlu Hanteri əfv etmək qərarını tənqid edib.

Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Narkotiklərə əhəmiyyət vermirəm, amma ABŞ-ın bütövlüyünü şübhə altına almaq yaxşı hal deyil”, - o bildirib.

Qeyd edək ki, Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə, həmçinin 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib.

Chosen
25
2
axar.az

3Sources