EN

Əsəd rejiminin çıxdığı yerləri onlar tutur - Suriyada nə baş verir? 

  Xəbər verdiyimiz kimi, Suriya rejimi müxalif qrupların (Suriya Milli Ordusunun) hücumları qarşısında bəzi ərazilərdən geri çəkilməyə məcbur olub.

Əsəd rejimi geri çəkilərkən nəzarətindəki bir çox bölgəni PKK/YPG terror təşkilatına təhvil verib. Fəratın şərqindən Hələb bölgəsinə çoxlu sayda PKK/YPG-li gələrkən, bölgəyə təşkilata aid ağır silahlar daşınıb.

Referans.az xəbər verir ki, bu barədə Türkiyənin "Hurriyyet" nəşri məlumat yayıb.

Məlumata görə, fürsətdən istifadə edən PKK/YPG Fəratın qərbində terror dəhlizi yaratmaq üçün cəhdlərə başlasa da, Suriya Milli Ordusu (SMO) bu planları pozub. SMO-nun "Azadlıq Şəfəqi" əməliyyatı çərçivəsində Tel Rıfatı mühasirəyə alması PKK/YPG-ni çətin vəziyyətə salıb. Tel Rıfatın ətrafında intensiv döyüşlər gedir.

SMO-nun irəliləyişi ilə bölgədə PKK/YPG-yə aid silahlar və tunellər aşkar edilib. SMO həmçinin Kuveyris Hərbi Hava Limanını da nəzarət altına alıb.//metbuat.az


Chosen
6
1
referans.az

2Sources