EN

Əsədin devrilməsi hələlik mümkün deyil



"Suriya rejiminin yürütdüyü siyasətin nəticəsi kimi baş verən hadisələr onun özünə qarşı yönəlib. Suriyanın Həma şəhərindən başlanan qanlı hadisələr sonrası gedən proseslər Yaxın Şərq regionunun illərdir ki, qeyri-stabil olmasını tətiklədi. Ön illərdir davam edən İsrail-Fələstin qarşıdurması bunun qarşısında kölgədə qaldı. Suriya rejimi Rusiya və İranın da dəstəyi ilə indiyə kimi ayaqda durdu. Müxalif qrupları nisbətən sıxışdıra bilmişdi. Təbii ki, Suriya dövləti üç hissəyə bölünmüşdü, amma görünən odur ki, bu Suriya rejimini qane edirdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, son günlər İdlibdən başlanan müxalifətin hücumları və Serakib, Hələb, Tel-Rıfat və bir sıra ərazilərin ələ keçirilməsi Əsəd rejimini yenidən laxlatdı:

"Müxaliflərin Həma, Humus, Membiç kimi strateji əraziləri də ələ keçirmək kimi planları var və bunun reallaşması böyük ehtimaldır. Bundan sonra müxaliflərin Şama da irəlilyəcəyi qeyd edilir. Amma hadisələrin sürətli inkişafından istifadə edən müxalif qrupların güclərinin Əsədi devirməyə yetəcəyi şübhə altındadır. Bunun mümkün olması üçün müxaliflərin ciddi planlarının olması da şübhəlidir. Çünki hadisələr gözlənilmədən elə sürətlə inkişaf edib ki, gələcək planların hazırlanması üçün zamana ehtiyac var".

Azər Qasımov hesab edir ki, Əsədin devrilməsi hələlik mümkün deyil, amma Əsəd böyük güzəştlərə məcbur edilə bilər:

"Yaxın Şərqdə Əsədin devrilməsi Suriya dövlətinin yox olması, bir sıra yeni təşkilatlanmaların meydana gəlməsi ilə nəticələnər ki, burda da regionda güclü olan tərəf qazanar".

Süleyman
Chosen
10
newscenter.az

1Sources