EN

"Brent" neftinin qiyməti artıb, təbii qazın qıyməti azalıb, rubl bahalaşıb, avro, qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,57% artaraq 1 barelə görə 72,25 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,56% artaraq 1 barelə görə 68,39 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,05 ABŞ dolları və ya 0,007% artaraq 74,84 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 5,5% azalaraq 3,178 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il dekabrın 2-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il dekabrın 2-də Avro 1,789 manatadək ucuzlaşıb.

LİRƏ

2024-cü il dekabrın 2-də Türkiyə lirəsi isə 0,0490 manat təşkil edib.

RUBL

2024-cü il dekabrın 2-də Rusiyanın 100 rublu 1,5962 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 1,17% azalaraq 2 649,7 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 1,62% azalaraq 30,61 ABŞ dollarına bərabər olub.

Chosen
7
13
fins.az

10Sources