EN

Ceyk Pol və Mayk Tayson məhkəməyə verildi

Mayk Tayson və Ceyk Pol məhkəməyə verildiyi iddia olunub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, iddiaya görə, Ceyk Pol və Mayk Tayson milyon dollarlıq məhkəmə iddiası ilə üzləşiblər. Onlar döyüşün razılışdırılmasına görə ittiham olunurlar.

Belə ki, bir qrup boks həvəskarı tərəfindən qaldırılan iddiada iki məşhur boksçunun döyüşün nəticəsini əvvəlcədən planlaşdırdığı və bunun idmanın dürüstlük qaydalarını pozduğu bildirilir.

Milli.Az

Chosen
81
50
milli.az

10Sources