EN

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Bakı. Trend:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinəBöyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinənövbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınanailələr doğma yurdlarına qovuşub.

Trend xəbər verir ki,Cəbrayıl şəhəri bu gün 34 ailə olmaqla 129 nəfərə qucaq açıb.Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurdunaqovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar.

Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,ailələrinə səbir diləyiblər. Köçürülən ailələrin Cəbrayıl şəhərindədövlətimizin başçısının göstərişi əsasında tikilən binalardaməskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdətəxminən 30 min insan yaşayır.

Məqalədə:
Chosen
481
49
az.trend.az

10Sources