EN

Seçicilər deputat qarşısında hansı məsələni qaldırdılar?- ÖZƏL

Milli Mclisin deputatı Fatma Yıldırım Bərdə şəhərində seçicilərin növbəti qəbulunu keçirib. "Olaylar"-ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Qəbulda 42 nəfər Bərdə sakini iştirak etmişdir və onların çoxsaylı müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən təhsil, suvarma və içməli su, kabelləşmə, yol infrastrukturunun yaxşılaşdırılması, kommunal məsələlər, işsizlik və özünüməşğulluq, sosial müdafiə məsələləri, məişət şəraitinin yaxşılaşdırılması, torpaq məsələlərini əhatə edirdi. Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olundu.
Növbəti vətəndaş qəbulumuz dekabrın 9-da keçiriləcək və işin effektivliyini artırmaq məqsədilə vətəndaşların qəbula öncədən yazılması xahiş olunur. Qəbulun yeri barədə əlavə məlumat veriləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən seçicilər Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında yerləşən ofisimizə müraciət edə və ya 0554208040, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
olaylar.az

1Sources