EN

Qərb və Rusiyanın "Gürcüstan savaşı" - Kim qalib gələcək?

“Qərb Gürcüstanda bütün imkanları ilə özünə yaxın siyasətçini hakimiyyətə gətirmək istəyir”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

Onun sözlərinə görə, ABŞ və Fransa kimi dövlətlər Gürcüstanın timsalında “oyuncaq dövlət” yaratmaq niyyətindədirlər:

 

“Məqsəd həm də Cənubi Qafqaza müdaxilə etməkdir. Ermənistandakı mövcud hakimiyyət hər nə qədər qərbmeyilli olsa da, Rusiyanın təsirindən tam çıxa bilmir və ya bunu istəmir. ABŞ və Fransaya isə tamamilə onun siyasətini müdafiə edəcək oyunçu lazımdır. Ona görə də sonuncu ümid yeri kimi rəsmi Tbilisini görürlər. Ölkədəki aksiyaların və Qərbin proseslərə müdaxiləsinin nəticə verəcəyini düşünmürəm. Yenə də hakim partiya qalib gələcək. Avropa İttifaqına (Aİ) üzvlük isə hələ baş tutmayacaq”.

 

Siyasi şərhçi bildirdi ki, Moskvanın rəsmi Tbilisiyə kifayət qədər təsir imkanı var:

 

“Həmçinin Gürcüstanın Rusiya ilə ərazi mübahisəsi var, Şimali Osetiya və Abxaziya işğal altındadır. Bu problemin həlli üçün diplomatik yol daha məqsədəuyğundur. Üstəlik, Aİ Şərqi Avropa və Yaxın Şərq siyasəti ilə bütün dünyada biabır olur. Zənnimcə, gürcü xalqı bütün bunları nəzərə alacaq. Yəqin ki, Gürcüstan onlara böyük ümidlər verilən Ermənistan və Ukraynanın taleyindən dərs çıxaracaq. Əks halda, gələcəkdə Gürcüstan da adı çəkilən dövlətlərin taleyini yaşaya bilər. Prezident seçkilərində də Rusiyanın istədiyi adamın seçiləcəyi gözləniləndir”.

 

Günay Rəsulqızı

Chosen
11
sfera.az

1Sources