EN

Yeni davranış qaydaları bütün məktəblərdə tətbiq ediləcək – RƏSMİ

Qloballaşan dünyada sosial, mənəvi, psixoloji proseslər yeniyetmələrin həyatında ciddi təsirlərlə müşayiət olunur. Bu gün baş verən bullinq halları cəmiyyətin və ailənin birgə məsuliyyətidir.

Busaat.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bullinq halları məktəblərdə də baş verir. Ancaq bu məsələnin səbəbi təkcə məktəbdən qaynaqlanmır:

“Bu gün məktəblərdə psixoloqlar problemləri plan uşaqlarla işləmək yollarını araşdırır və ailə ilə işləmək yollarını müəyyənləşdirir. İlk növbədə, risk qrupuna daxil olan uşaqlar müəyyənləşdirilir. Elm və Təhsil Nazirliyi 2023- 2024-cü tədris ilində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” nı tətbiq etməyə başlayıb. Əldə olunan ilkin nəticələr tədris mühitinin müsbət istiqamətə doğru dəyişdiyini göstərir. Yaxın vaxtlarda “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” bütün məktəblərdə tətbiq olunmağa başlayacaq”, – deyə N.Hüseynova vurğulayıb.

Chosen
198
10
busaat.az

10Sources