EN

U-19 millimiz yenə böyük hesabla uduzdu, qrup sonuncusu oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

Arena.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığmamız son matçında Kipr seçməsi ilə üz-üzə gəlib.

İlk turda İsveçrədən 8, ardınca Estoniyadan 3 cavabsız qol buraxan millimiz bu dəfə də meydandan xalsız ayrılıb. Həbib Ağayevin yetirmələri qrup oyunlarının meydan sahibi ilə matçda da darmadağına üzülüblər – 0:3.

Beləliklə, hər üç oyunda böyükhesablı quru məğlubiyyət alan yığmamız qrupda sonunu yeri tutub. U-19 millimiz üç görüşdə ümumilikdə 14 top buraxıb.

Qrupun digər görüşündə Estoniya və İsveçrə yığmaları qarşılaşıblar. 2:0 hesabı ilə qalib gələn İsveçrə yığması maksimum nəticə ilə qrup birincisi olub.

AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 5-ci qrup
2 dekabr

Azərbaycan – Kipr 0:3
Qollar: Sofiya Viktoriya Makbet, 12, Andrea Rose Kusik, 41, Sofiya Kristina Milona, 82.
“Peyia Municipal” stadionu.

Xallar: İsveçrə – 9. Estoniya – 6. Kipr – 3. Azərbaycan – 0.

Chosen
28
1
arena.az

2Sources