EN

Azərbaycanda dərman istehsalı 12%-dən çox artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 8 milyon 570 min manatlıq dərman istehsal olunub.

Bu barədə "İki sahil" Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, istehsal edilmiş dərman vasitələrinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 12,1% artıb.

Ötən il ölkədə 7 milyon 642 min manatlıq dərman vasitələri istehsal olunub.

Noyabrın 1-i vəziyyətinə 967,2 min manatlıq hazır məhsul ehtiyatı mövcuddur.

Chosen
16
1
ikisahil.az

3Sources