EN

Qərb Cənubi Qafqazla bağlı məkrli niyyətlərindən əl çəkmir, bu dəfə Gürcüstanın uçuruma yuvarlanmasına cəhdlər edilir

Bakı. Trend:

Qərb ölkələrinin Cənubi Qafqazla bağlı siyasətləri özünün dahadinamik, eyni zamanda əvvəlkilərlə müqayisədə olduqca təhlükəlimərhələsinə qədəm qoyub. Məsələ burasındadır ki, barəsində bəhsolunan regionun Avrasiya, ümumiyyətlə isə bütün dünya miqyasındageosiyasi, geoiqtisadi əhəmiyyəti artmaqdadır.

Rusiya və Ukrayna arasında davam edən hərbi toqquşma, Qırmızıdənizdə husilərin yaratdıqları təhdid fonunda dünyanın nəqliyyat vəlogistika xəritəsində mühüm dəyişikliklər qeydə alınır. Bu fondaAvrasiyada Xəzər dənizi, Cənubi Qafqaz üzərindən daşınan yüklərinhəcmində, dəyərində sözün əsl mənasında fantastik artımlar qeydəalınır. Qarşıdakı dövr ərzində bu artım yüksək sürətlə davamedəcək. Bütün bunlar təbii olaraq böyük güclərin, digər maraqlıtərəflərin diqqətinin getdikcə daha çox Cənubi Qafqaz üzərindəfokuslanmasına səbəb olur.

Heç şübhəsiz ki, məsələnin geosiyasi tərəfi də mövcuddur. Sirrdeyil ki, Rusiya və Qərb arasında yaşanan ziddiyyətlərin əsasməkanlarından biri həm də Cənubi Qafqazdır. Hətta Qərbin buregionda Rusiyaya qarşı Ukraynadan sonra ikinci cəbhə açmaqcəhdlərinin olması da bəlli həqiqətdir. Qeyd edilən istiqamətdəkollektiv Qərbin aktiv fəaliyyəti Ermənistanda özünü qabarıqşəkildə büruzə verir. Hətta yaxın tezlikdə Ermənistanda Ukraynahadisələrinin təkrarlana biləcəyinə dair xəbərdarlıqların sayı indidaha böyük sürətlə artır. Ermənistan bu gün faktiki olaraq, Qərbhimayədarlarının diqtəsi və təlimatları əsasında fəaliyyətgöstərir, potensial geosiyasi ziddiyyət məkanına çevrilir.

Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstanı da Qərb öziradəsinə tabe etdirmək məqsədilə genişmiqyaslı fəaliyyət həyatakeçirir. Hətta bunun üçün gürcü xalqının iradəsi heçə sayılır,beynəlxalq hüquq, diplomatik qaydalar kobud şəkildə pozulur. Qonşuölkədə sonuncu parlament seçkilərinin nəticələrini Qərb ölkələri vəinstitutları qəbul etmək istəmirlər. Halbuki, buna əsas verəcək hərhansı fakt və dəlil də ortaya qoya bilmirlər. Gürcüstanın öz millimaraqlarını əsas tutaraq siyasət yürütməsi, Qərbin istəyinə ziddolaraq anti-Rusiya cəbhəsində yer almaqdan imtinası ABŞ və bir sıraAvropa ölkələri tərəfindən mənfi reaksiya ilə qarşılanır.Ümumiyyətlə, Gürcüstan Ermənistan kimi Qərbin vassalı olmaqdankonkret şəkildə imtina edir, müstəqil bir siyasət yürütməkdəisrarlı olduğunu bəyan edir. Bu da Qərbin narazılıq və narahatlığnarəvac verir.

Hazırda Gürcüstanda Qərbin bilavasitə təlimat və göstərişləriilə vətəndaş qarşıdurması yaradılmasına, siyasi böhranınformalaşdırlmasına cəhd olunur. Müxalif qüvvələrin təşkil etdiklərietiraz aksiyalarına Qərbin Gürcüstandakı diplomatlarınınnümayişkarənə şəkildə qatılması qeyd olunanların konkrettəzahürlərindən biridir. Bunlara paralel olaraq, Qərb ölkələrininGürcüstana müxtəlif formalarda təzyiqləri artır, sanksiyalarsiyasəti işə salınır. Məsələn, ABŞ Gürcüstanla stratejitərəfdaşlığı dayandırdığını elan edib. Avropa İttifaqının Xariciİşlər Şurasının dekabrın 16-da baş tutacaq iclasında isəGürcüstanla bağlı məsələ, o cümlədən bu ölkə ilə vizasızgediş-gəliş rejiminin ləğvinin mümkünlüyü müzakirə olunacaq.Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin sözlərinə görə,gürcü diplomatlarına qarşı təzyiq kampaniyası da aparılır.Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmətinəedilən təzyiqləri və təxribat çağırışlarını pisləsə də, Qərb bunu,beynəlxalq hüququ görməzlikdən gəlir. Halbuki, beynəlxalq hüquqaəsasən, suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxiləyolverilməzdir.

Bunlara paralel şəkildə Qərbin əsas məqsədlərindən biri dəGürcüstanda hakimiyyət böhranı yaratmaqdır. Prezident SalomeZurabişvili ilə bağlı baş verənlər bunun nümunələrindən biridir.Məsələ burasındadır ki, 6 ildir prezident postunu tutan Zurabişvilisəlahiyyət müddətinin bir neçə günə başa çatacağına baxmayaraq,vəzifəsini ondan sonra da tərk etmək istəmir. O, son parlamentseçkilərinin nəticələrini qeyri-legitim hesab etdiyini bildirir.Xanım Zurabişvili onu da iddia edib ki, “qeyri-legitim parlamentinyeni prezidentin inauqurasiyasını həyata keçirməsi baş verməyəcək”,çünki legitim parlament yeni prezident seçənədək onun mandatıqüvvədə qalır: “Siyasi prosesin başında duracaq, prezidentiniz kimiqalacağam. Legitim parlament yoxdur, qeyri-legitim parlament yeniprezident seçə bilməz, buna görə də andiçmə olmayacaq”. Qeyd edəkki, Salome Zurabişvili Qərb diplomatları, müxalifət təmsilçiləriilə sıx təmasdadır. Lakin bütün bunlara baxmayaraq, parlamentdə səsçoxluğu qazanan hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasıölkədə prezident seçkisinin dekabrın 14-də, inauqurasiyanın isədekabrın 29-da baş tutacağını bəyan edib. Bununla yanaşı, hakimpartiya xanım Zurabişvilinin prezidentlik müddətinin dekabrın 16-dabaşa çatacağını da bildirib. “Gürcü Arzusu-Demokratik Gürcüstan”Partiyası futbol veteranı Mixail Kavelaşvilini prezidentliyənamizədliyini irəli sürməya hazırlaşır.

Beləkilə, baş verənlər Qərbin siyasəti nəticəsində Gürcüstandaqarşıdurma və böhran yaradılmasına cəhd olunduğunu göstərir.Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunu həm də onunla izahedir ki, ölkənin müəyyən Qərb qüvvələri tərəfindənukraynalaşdırılmasına cəhdlər olunur: “Artıq üçüncü ildir ki,Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən avropalısiyasətçilər və bürokratlar davamlı şəkildə ölkəni zəiflətməyəçalışırlar… Radikallar və onların xarici himayədarları hər zamanölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanətapmağa çalışırlar. Amma unudurlar ki, Gürcüstan güclü təsisatlarıvə ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünüsarsıda bilməyəcəyi müstəqil dövlətdir”. Bütün bunlardan irəligəlir ki, hakim partiya Gürcüstanın 2028-ci ilə qədər Avropaİttifaqına üzvlük danışıqlarından və Qərb qrantlarından imtinaetdiyini açıqlayıb. Baş verən proseslər Azərbaycanda da diqqətləizlənilir. Qeyd etmək lazımdır ki, Qərb və digər kənar qüvvələrAzərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin əbəs olduğunu,bunun fiaskodan başqa heç nəyə gətirib çıxarmadığını artıq qəbulediblər. Lakin qonşu ölkələrdə, xüsusən də Gürcüstanda baş verənlərAzərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. AzərbaycanGürcüstanın ən böyük investorlarından biridir, bu ölkəixracatımızda mühüm tranzit məkandır, orada xeyli sayda soydaşımızyaşayır. Üstəlik, regionun lider ölkəsi kimi Azərbaycanın CənubiQafqazın taleyinə görə daşıdığı məsuliyyət daha da artıb. Bunlarfonunda Azərbaycanın yanaşması belədir ki, region ölkələrikoordinasiyalı fəaliyyət göstərməli, konkret məsələlər üzrə vahidmövqe sərgiləməldirlər. Azərbaycan region ölkələri arasında ilkinmərhələdə məşvərət platformasının yaradılmasının, burada müəyyənməsələlər, o cümlədən regiona yönəlik xarici təhdidlərə qarşı vahidmövqe nümayiş etdirilməsinin vacibliyini də bəyan edir və istərErmənistanda, istərsə də Gürcüstanda baş verənlər bunun nə qədərzəruri olduğunu ortaya qoyur.

MTM Analitik Qrup

Chosen
10
1
az.trend.az

2Sources