EN

Dünyada 100 ən böyük silah istehsalçısının gəliri 632 milyard dollar artdı


2023-cü ildə silah istehsalı və əlaqəli xidmətlərlə məşğul olan dünyanın 100 ən böyük şirkətinin gəlirləri 2022-ci ilə nisbətən 4,2% artaraq 632 milyard dollar olub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında məlumat verib.
Məlumata görə, silah satışından əldə edilən gəlirlərin artımı bütün regionlarda artıb. Ən böyük artım isə Rusiya (+40%) və Yaxın Şərqdə (+18%) müşahidə olunub.
Hesabatda deyilir ki, 100 ən yaxşı şirkət artan tələbata cavab olaraq 2023-cü ildə istehsalını artırıb və gəlirlər 2022-ci ildə azaldıqdan sonra yenidən artıb. Şirkətlərin təxminən dörddə üçü illik gəlirlərini artırıb. Maraqlıdır ki, onların əksəriyyəti ilk 100-lük reytinqində sonda olan şirkətlər olub.
Rusiya şirkətləri, o cümlədən “Rostex” və Birləşmiş Gəmiqayırma Korporasiyası Ukraynadakı münaqişə fonunda hava hücumundan müdafiə sistemləri, raketlər, PUA-lar və digər hərbi texnikanın istehsalını artırıb. Bu korporasiyaların ümumi gəlirləri 25,5 milyard dollar təşkil edib.
ABŞ və Kanadanı təmsil edən Şimali Amerika şirkətlərinin gəlirləri 2,4% artaraq, 318 milyard dollara çatıb. Bunlardan 41 ABŞ şirkəti ümumilikdə 317 milyard dollar (+2,5%) qazanıb ki, bu da qlobal silah satışından əldə olunan gəlirin 50%-ni təşkil edir.
Bununla belə, ilk iki şirkət olan “Lockheed Martin” və RTX-in gəlirləri müvafiq olaraq 1,6% və 1,3% azalıb. Çünki təchizat zənciri problemləri (xüsusilə də, aviasiya və raketdən müdafiə sahəsində) istehsal gücünü artırmaqda çətinliklərə səbəb olub.
Avropada 27 şirkət öz gəlirlərini 0,2% artıraraq 133 milyard dollar (qlobal həcmin 21%-i) təşkil edib. Onların arasında Böyük Britaniyadan ümumi gəliri 47,7 milyard dollar olan yeddi şirkət var. “BAE Systems” şirkəti isə qitənin ən böyük müdafiə korporasiyası olaraq qalır. Ən böyük artım nüvə başlıqları istehsal edən “Atomic Weapons Estabment”də (+16%) müşahidə olunub. Dörd Alman şirkəti – “Rheinmetall”, “ThyssenKrupp”, “Hensoldt” və “Diehl” - keçən illə müqayisədə gəlirlərini 7,5% artıraraq, 10,7 milyard dollar qazanıblar.
Siyahıda yer alan Ukraynanın yeganə “JSC Ukrainian Defense Industry” (keçmiş “Ukroboronprom”) şirkəti 69% gəlir artımı göstərərək, 2,2 milyard dollar qazanıb.
Çin 103 milyard dollarlıq ümumi gəlirlə ABŞ-dən sonra ikinci yerdə qərarlaşıb. Ölkədə iqtisadi tənəzzül fonunda doqquz korporasiyadan beşinin gəlirlərində azalma müşahidə olunub. Hindistan, Yaponiya və Cənubi Koreya şirkətlərində də artım qeydə alınıb.
Eyni zamanda, beş fransız şirkətinin ümumi gəliri “Dassault Aviation Group” aerokosmik şirkətinin dövriyyəsinin azalması ilə əlaqədar 8,5% azalaraq, 25,5 milyard dollara düşüb.
“Rafale” döyüş təyyarələrinin satışı 60% azaldığı üçün gəlirində 41% azalma baş verib. 2023-cü ildə 21 milyard dollar qazanan üç trans-Avropa şirkətinin - MBDA, “Airbus” və KNDS-in də gəliri əvvəlki ilə nisbətən 1,5% azalıb. İki italyan şirkəti “Leonardo” və “Fincantieri”nin də gəlirləri 10% azalıb və bu iki şirkət birlikdə 12,4 milyard dollar qazanıb.
Həmçinin, üç türk şirkəti gəlirlərini 24% artıraraq, 6 milyard dollara çatdırıb. Beləliklə, “Baykar” PUA şirkətinin məhsullarının satışı 2023-cü ildə hərbi satış gəlirlərinin təxminən 90%-ni təşkil edib ki, bu da şirkətin gəlirlərinin 25% artaraq 1,9 milyard dollara çatmasına səbəb olub.
Chosen
63
23
yeniavaz.com

10Sources