EN

Dronla icazəsiz "Sağlam Ailə"nin reklamını çəkdi... saxlanıldı - TƏFƏRRÜAT

DronlaNərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Sağlam Ailə" klinikasının dronla reklamını çəkdiyi üçün saxlanılan şəxsin cəzası məlum olub.Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Türkmənistan Respublikasında anadan olmuş V.F. "Sağlam Ailə" klinikasının qarşısında, COP29 tədbiri ilə əlaqədar Bakı şəhərinə gəlmiş xarici dövlətlərin nümayəndələrinin sıx yerləşdiyi otellərin ətrafında icazəsiz dron uçuraraq, videoçəkilişlər aparıb.O, bu səbəbdən saxlanılıb. V.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi protokol tərtib edilib və iş məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə, V.F.-nın "MARK 300" markalı pilotsuz uçuş aparatı müsadirə olunub və 150 manat cərimə edilib.

Chosen
10
5
yenisoz.az

6Sources