EN

"Maşın alan şəxslər ilk öncə bunu araşdırmalıdır" - AÇIQLAMA

Avtomobil sürücülərinin narazılığına səbəb olan məsələlərdən biri də aldığı avtomobilin təmiri və ya diaqnostikası ilə məşğul olacaq texniki servisin olmamasıdır. Belə problemlə üzləşən sürücülər çarəni başqa avtomobil ustalarına müraciətdə tapsalar da, bu, bir çox hallarda qaneedici nəticə vermir.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Aslan Əsədov Redaktor.az-a açıqlamasında söyləyib ki, digər servislərə və ustalara müraciət etmək olar, lakin diaqnostika və digər parametrləri təyin etmək üçün xüsusi vasitələrə və həmin avtomobil üzrə mütəxəssisə ehtiyac var.

“Nəqliyyat vasitəsi üçün potensiallı bir usta olmayanda xidmət yetərincə keyfiyyətli olmur və bu da onun sahibi üçün müəyyən çətinliklər yaradır. Həmin markaya aid texniki servis olduqda lazımlı avadanlıqlar asanlıqla tapılır və problem qısa müddət ərzində aradan qaldırılır”.

Utilizasiya

Ekspert bildirib ki, sürücülər nəqliyyat vasitələri alan zaman mütləq onların ehtiyat hissələrinin tapılıb-tapılmayan olmasını araşdırmalıdır:

“Əslində, ehtiyat hissələrinin sərbəst satışı həyata keçirilməlidir ki, tapmaqda və almaqda çətinlik yaşanmasın. Texniki nasazlığı olan və ya detalları tapılmayan nəqliyyat vasitələri bazarda öz sözünü deyir. Çünki bu cür avtomobillər digərlərinə nisbətən daha ucuz satılır. Səbəb kimi isə maşının diaqnostikasında və yaxud ehtiyat hissələrində fərqlərin olmasıdır.  Ona görə də avtomobil alıcıları müəyyən dərəcədə ehtiyatlı və  ayıq-sayıq olmalıdırlar ki, öz tələb və təkliflərinə uyğun nəqliyyat vasitələrini əldə etsinlər”.

Sevinc İBRAHİMZADƏ 

Chosen
38
redaktor.az

1Sources