EN

Emin Ağalarova yeni vəzifə VERİLDİ

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə yeni sədr təyin olunub. 

Busaat.az “demokrat.az”a istinadən xəbər verir ki, bununla bağlı qərar Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin toplantısı zamanı verilib.

Belə ki, 2018-ci ildən Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri olan tanınmış iş adamı Səməd Qurbanov vəzifəsindən ayrılıb. Onun yerinə digər tanınmış iş adamı Emin Ağalarov təyin olunub.

Qeyd edək ki, Emin Ağalarov Rusiya və Azərbaycanda böyük bizneslərin sahibi, eyni zamanda Azərbaycanın Xalq artistidir.

Xatırladaq ki, Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə yaradılıb.

Chosen
8
25
busaat.az

10Sources