EN

ƏLİ KƏRİMLİ CƏRİMƏLƏNİB - MƏHKƏMƏ AXCP-NİN SABİQ ÜZVÜNÜN ŞİKAYƏTİNİ ƏSASLI HESAB EDİB

Dekabrın 2-də AXCP sədri Əli Kərimlinin işi üzrə məhkəmə prosesi keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, Əli Kərimli barəsində şikayəti keçmiş partiya üzvü Aydın Əliyev verib.

O, partiya sədrinin ictimai təhqirlərinə məruz qaldığına görə şikayət etdiyini bildirib.

2019-cu ildə partiya sıralarından xaric edilən A.Əliyev məhkəmə yolu ilə yenidən üzvlüyünü bərpa edib. Onun başqa bir şikayəti əsasında isə AXCP-nin son qurultayının nəticələri etibarsız elan edilib.

Məhkəmə AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında şikayətini əsaslı hesab edib.

Qərara əsasən, Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək 1500 manat məbləğində cərimələnib.

 

trend

Chosen
10
8
tezadlar.az

10Sources