EN

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar öz işini davam etdirir (FOTO)

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli MülkiyyətTəşkilatının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: datamodeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar özişini davam etdirir.

Trend xəbərverir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, regional seminarda Əqli Mülkiyyət Agentliyininİdarə Heyətinin sədri Kamran İmanovun “Əqli mülkiyyətin yenidəndərk edilməsi və kreativ iqtisadiyyat” mövzusunda təqdimatıdinlənilib.

Təqdimatda Agentliyin Nizamnaməsində “fəaliyyətininistiqamətləri” və “vəzifələri” kimi “əqli mülkiyyətin müasiriqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslananiqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitininyaxşılaşdırılması, əqli fəaliyyət nəticələrininkommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumidaxili məhsulundakı payının müəyyən edilməsi, həmçinintexnologiyaların transferinin, innovasiyalara dəstək vəkommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlıtədbirlər görmək” (2.2.8-ci yarımbənd) müddəalarının yer aldığıbildirilib.

Vurğulanıb ki, Agentliyin Nizamnaməsinin 3.1.44-cü yarımbəndindəmüəlliflik hüququna əsaslanan iqtisadiyyat “kreativ iqtisadiyyat”kimi göstərilmişdir. Üstəlik, “əqli mülkiyyət hüquqlarına əsaslananmilli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimimüşahidəsini aparmaq, ümumi daxili məhsulda əqli mülkiyyətəəsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün müvafiqişlər görmək, əqli fəaliyyət nəticələri ilə bağlı beynəlxalqreytinqlərdə ölkəmizin reytinqinin müşahidəsini həyata keçirmək,təhlillər aparmaq və təkliflər hazırlamaq” (3.1.43-cü bənd) kimimüddəalar yer almışdır.

K.İmanov “yaradıcı” və “kreativ” (sənaye və yaxudindustriya)ifadələrinin sinonimlər kimi istifadə olunduğunu, “sənayelər”,“industriyalar” “iqtisadiyyat” termini ilə də əvəz oluna bildiyiniqeyd edərək kreativ iqtisadiyyatın inkişafının əqli mülkiyyət iləbağlı olduğunu, müəlliflik hüququnaəsaslanan iqtisadiyyat kimitəsvir olunduğunu bildirib. O, “mədəni və yaradıcı sənayelər”,“kreativ sənayelər (industriyalar)” və “kreativ iqtisadiyyat”anlayışları arasındakı fərqlənmə sərhədi və həmin terminlərinyaranma xronologiyası haqqında ətraflı məlumat verib.

Təqdimatda kreativlik konseptinin mənası və “kreativiqtisadiyyat” (industriyalar) anlayışının tərifləri, kreativliyəaid konseptlərin inkişafının xronologiyasına geniş toxunulub.Vurğulanıb ki, “mədəni” və “kreativ” industriyalar anlayışlarıfərqlidir və “mədəni industriyalar” anlayışı məhz sektorun sosialəhəmiyyətini və qeyri-kommersiya olduğunu qabarıq göstərməkməqsədilə istifadə olunur.

Agentliyin rəhbəri Azərbaycanda kreativ industriyalar sahəsibarədə də fikirlərini bölüşüb. Əqli Mülkiyyət Agentliyində aparılantəhlil və hesablamalar göstərir ki, Azərbaycanın ÜDM-də kreativsənayenin payı getdikcə artmaqdadır. Son illərdə ölkənin ÜDM-dəkreativ sənayenin payı 2018-ci ildə 5,1%-dən 2024-cü ilin 1yanvarına olan vəziyyətə görə 5,2%-ə çatmış və hazırda inkişafetmiş ölkələr səviyyəsindədir.

K.İmanov təqdimatının sonunda milli modelin çatışmazlıqları vəqeyri-səlis modelləşməyə keçidin imkanları məsələsini təhliledib.

Sonra ÜƏMT–nın department direktorunun müavini Dimiter Qançevin“Kreativ iqtisadiyyatın mövcud ölçməmodellərinə ümumi baxış”mövzusunda məruzəsi dinlənilib.

Qeyd edək ki, regional seminar davam edir.

“Kreativ
“Kreativ
“Kreativ
Chosen
38
az.trend.az

1Sources