EN

7 seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcəklər

Bu dəfə də yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcəklər.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, həmin seçki dairələrinin seçiciləri tamamilə məcburi köçkünlərdən ibarətdir:

"Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək. Bu, böyük hadisə olacaq".

Chosen
25
16
qaziler.az

10Sources