EN

Nail Kəmərlinin evindən oğurluq etmək istədi - Polis işə qarışdı

Bloger Nail Kəmərli (Nail Babayev) evindən oğurluq etmək istəyən şəxsin görüntülərini yayıb.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Kəmərli qeyd edib ki, naməlum şəxs binaya daxil olaraq qonşulardan birinin çöldə olan ayaqqabısını oğurlayıb. Daha sonra onu öz ayaqqabısı ilə dəyişərək blogerin evinə yaxınlaşıb.

Sözügedən şəxsin siması da videoda görüntülənib.

Bloger bu barədə paylaşım edərək vətəndaşları diqqətli olmağa çağırıb.

"Qapılarınızı açıq qoymayın, evlərinizin önünə kameralar yerləşdirin, tanımadığınız şəxslərə qapını açmayın" - deyə, Kəmərli qeyd edib.

Daxili İşlər Nazirliyi (DİN) bloger Nail Kəmərli evindən oğurluq etmək istəyən şəxslə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytentantı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, görüntülər yenidən izlənilib və bununla bağlı araşdırmalara başlanılıb:

"Məlumat üçün bildirək ki, məsələ ilə bağlı artıq polis əməkdaşları araşdırmalara başlayıblar. Kamera görüntüləri təkrar izlənilib. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".

Milli.Az

Chosen
4
5
milli.az

10Sources