EN

Putin İran prezidenti ilə Suriyadakı böhranı müzakirə edib

...Rusiya prezidenti Vladimir Putin bazar ertəsi İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı keçirib. Onlar Suriyada gərginləşən vəziyyəti müzakirə ediblər.

SİArus saytlarına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Ölkələrin rəhbərləri qeyd ediblər ki, terrorçu qrupların və dəstələrin genişmiqyaslı təcavüzü Ərəb Respublikasının suverenliyinə, siyasi və sosial-iqtisadi sabitliyinə zərbə vurmaq məqsədi daşıyır.

Putin və Pezeşkian həmçinin Suriya hakimiyyətinin ölkənin konstitusiya quruluşunun və ərazi bütövlüyünün bərpası istiqamətində hərəkətlərini dəstəkləyib, həmçinin Türkiyənin iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib.

Kanalın məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

Əli Babayev

Chosen
17
7
sia.az

8Sources