EN

Şəkidə gənc ailə dəm qazından ZƏHƏRLƏNDİ

Mənzildə təhlükəsizlik qaydalarına riayət etməyən Kiş kənd sakini olan ailə dəm qazından zəhərlənərək xəstəxanalıq olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə Kiş kəndindən dörd nəfər dəm qazından zəhərlənmə əlamətləri ilə daxil olub.
 

Məlum olub ki, zəhərlənənlər kənd sakini Taryel Abdullayevin ailə üzvləridir. Onunla yanaşı, həyat yoldaşı, 31 yaşlı Billur Abdullayeva, eləcə də övladları 5 yaşlı Fərid və 1 yaşlı Məməmməd Abdullayevlər dəm qazından zəhərləniblər.


Həyata keçirilən tibbi müdaxilələrdən sonra ailə üzvlərinin vəziyyəti stabilləşib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırmalar başlanılıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
12
bizim.media

1Sources