EN

Tanınmış klarnet ifaçısı müğənninin dişini itə atıb toydan niyə qaçdı?

Lent.az "Ömrün bir anı”  rubrikasında tanınmış klarnet ifaçısı Vaqif Mirzəyevin məzəli bir xatirəsini paylaşır.


Vaqif Mirzəyev rayonlardan birinə toya dəvət alır. Rayonun adətinə görə, toy 3 gün davam edir. Birinci gün qadın toyu, ikinci günü kişi toyu olur, üçüncü gün gəlini günorta bəy evinə gətirirlər və toy başa çatır. Vaqif Mirzəyev toy sahibi ilə danışır ki, iki gün olacam, üçüncü gün isə başqa bir məclisə dəvət aldığıma görə özümlə gətirdiyim klarnet ifaçısını yerimə qoyub gedəcəm. Gəlini o gətirər. Ev sahibi də razılaşır.


Toyun iki gününü yola verirlər. İkinci gün gecə toy sahibi Vaqif Mirzəyevin və ansamblının pulunu verir. Vaqif Mirzəyev bildirir ki, danışdıqları kimi çıxıb gedəcək. Ev sahibi razılaşmır. Hətta aralarına söz-söhbət də düşür. Vaqif Mirzəyev gecə ilə qaçmağa qərar verir.


"Gecə qapını açdım ki, qaçam, gördüm ev yiyəsinin yekə iti kəsdirib qapının ağzını. İtin başını qatmaq üçün ona yemək atmaq istədim. Otaqda heç nə yox idi. Masanın üstündə yekə fincan var idi, içi su ilə dolu. Götürüb atdım həyətə. İt fincanın dalınca qaçan kimi mən də qaçıb mindim qapının ağzında saxladığım maşına.



Mən çıxandan sonra səhər ev yiyəsi gəlib ki, bəs hanı Vaqif? Deyiblər o getdi yerində başqa klarnet çalan var. Ev yiyəsi klarnet çalanla dalaşıb, başlayıb müğənnini çağırmağa. Müğənni də stolun altından çıxmır.  Heç demə, gecə dişlərini çıxarıb suyun içinə fincana qoyubmuş. Mən də götürüb atmışam itə. O da durub masanın altında, üstündə  protez dişlərini axtarır. Məndən sonra da ev yiyəsi ilə musiqiçilər arasına beləcə söz-söhbət düşüb. Səbəbkar da mən olmuşam”, - o xatirəsində danışıb.



Chosen
52
2
qaynarinfo.az

10Sources