EN

Çayı belə içməyin: ağır xəstəliyə tutula bilərsiniz

Ölkə olaraq süfrəmizdən əskik olmayan çay bəzi şikayətçi olduğumuz xəsətəliklərin qaynağı ola bilər.

News24.az Publika.az-a istinadla xəbər verir ki, çayı müəyyən temperaturdan yuxarı içənlər xərçəng riski ilə üzləşirlər.

“Atatürk” Universitetinin professoru Atilla Eroğlu müxtəlif universitetlərdən 4 akademiklə birlikdə Şərqi Anadoluda çox rast gəlinən qida borusu xərçəngi ilə bağlı elmi araşdırma aparıb.

Araşdırmaya görə, Türkiyənin Ərzurum, Van, Ağrı, Muş, Bitlis, Bayburt, Ərzincan və ətraf şəhərlərində qida borusu xərçənginin yayılmasının əsas səbəbi bölgədə çayın çox isti istehlak edilməsi olub.

Normaldan çox isti çay istehlakı ciddi yanıqlara və selikli qişalar kimi həssas həzm sistemlərində hüceyrə dəyişikliklərinə səbəb olur. Araşdırmaya görə, 85 dərəcədən yuxarı çay içmək 65 dərəcədən aşağı çay içməklə müqayisədə qida borusu xərçəngi riskini 8 dəfə artırır.

Mütəxəssislər bildirirlər ki, çayı stəkana tökdükdən sonra 3-4 dəqiqə soyumasını gözləmək lazımdır.



Chosen
6
4
news24.az

5Sources