EN

Kredit İnzibatçılığı şöbəsinə Baş mütəxəssis - VAKANSİYA

"Pasha Bank" ASC, Kredit İnzibatçılığı şöbəsinin Korporativ qrupunun Baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Sənədlər toplusu üzrə bütün lazimi sənədlərin tamlığının yoxlanılması;
  • Müqavilələrin yoxlanılması;
  • ABS-ə daxil edilən məlumatların yoxlanılması və təsdiqlənməsi, monitorinq edilməsi;
  • Girov və təminatların ABS-də yoxlanılması və təsdiqlənməsi, monitorinq edilməsi;
  • Şöbəyə daxil olunan sorğularin əməkdaşlar arasında bolüşdürülməsi və cavabllandırılmasının təmin edilməsi;
  • Gündəlik edilən icra əməliyyatların gün sonu ABS və kağız daşıyıcıda düzgünlüyünün nəzarəti;
  • Maliyyə arayışlarının yoxlanılması;
  • Ayrılmış öhdəliklər üzrə şərtlərin “Covenant List” bölməsinə düzgün doldurulmasına nəzarət edilməsi;
  • Şərtlərin yerinə yetirilmələri üzrə nəzarətin edilməsi;
  • Əməliyyatların ehtiyatla qeydiyyatı və tələb olunan məlumatın elektron məlumat bazasına doldurulması;
  • Bankda effektiv kredit əməliyyatların icrasına dəstək;
  • Şöbə daxilində bütün funksiyaların müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
  • Hər hansı kreditlə əlaqəli istənilən növ tələblərin cavablandırılması;
  • Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notariat qaydada qanuniləşdirilməsi;
  • ABS-lə bağlı olan məsələlərin test edilməsi, texniki tapşırıqların yazılması, yeni produktların yaradılmasında iştirak;
  • Balansdankənar kreditlərin silinməsi / Qətnamələrin uyğunlaşdırılması;
  • Daxili qaydalar ilə müəyyən olunmuş işlərin icrası;
  • Daxili qayda və proseslərin yazılmasında iştirak;
  • Kredit əməliyyatlarının icrası zamanı problemli məsələlərin müəyyən edilməsi və daxili məsələlərin həlli zamanı müvafiq addımların atılması, ehtiyac olduqda digər departamentlərə dəstəyin göstərilməsi;
  • Kredit məhsulları ilə bağlı sualların cavablandırılması;
  • Kreditin təsdiqi prosesindən sonra aidiyyəti departamentlərlə ünsiyyət;
  • Hazırlanmış Bank hesabatlarının yoxlanılması;
  • MKR-ə məlumatların ötürülməsinə nəzarət;
  • SQO-nun tapşırıqlarınin yerinə yetirilməsi;
  • Bankın əməkdaşlıq etdiyi fondlarla işlərin düzgün görülməsinə nəzarət;
  • Fondlarla əlaqələrin saxlanılması;
  • Şöbə daxili və xarici yaranmış sualların cavablandırılmasına nəzarət.

Tələblər:

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: kredit inzibatçılığı üzrə minimum 3 il 
  • Xarici dillər: İngilis dili (orta), Rus dili (orta), Azərbaycan dili (yüksək səviyyədə)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az

Chosen
74
50
fins.az

10Sources