EN

Əhaliyə MÜHÜM XƏBƏR – Dekabrın 10-a qədər gözlənilmir

Noyabrın 28-29-da Yer kürəsində iki fərqli maqnit qasırğası qeydə alınıb. Noyabrın 28-də gecə G1 (zəif) səviyyəli, noyabrın 29-da isə daha güclü G2 səviyyəli maqnit qasırğası baş verib. Bu aktivliklər bir çox insanlarda narahatlıq yaratsa da, ekspertlər dekabr ayında geomaqnit vəziyyətin ümumən sabit qalacağını bildirirlər.

KONKRET.az musavat.com-a istinadla xəbər verir ki, dekabr ayının ilk günlərində, xüsusilə ayın 1-dən 10-na qədər Yerin maqnit sahəsinin sakit olacağı gözlənilir. Bununla yanaşı, hər hansı aktivliyin baş vermə ehtimalı hazırda minimaldır.

Maqnit qasırğaları, xüsusilə, meteohəssas insanlar və xroniki xəstəlikləri olanlar üçün təsirli ola bilər. Ürək-damar sistemi problemləri, baş ağrıları və yuxusuzluq kimi hallarla qarşılaşan insanlar bu dövrlərdə sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər. Mütəxəssislər bol maye qəbulu, sağlam qidalanma və stressdən uzaq durmağı tövsiyə edir.

Chosen
5
12
konkret.az

10Sources