EN

Sumqayıtda Uşaq Paralimpiya Oyunları

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

Dekabrın 7-də təşkil ediləcək oyunlarda 130-dan çox uşaq 6 idman növü üzrə (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parastolüstü tennis, boccia) müxtəlif kateqoriyalarda mübarizə aparacaq.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması, eləcə də Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.

Leyla İLKİNQIZI,
tələbə-jurnalist

Chosen
5
9
xalqqazeti.az

10Sources