EN

“Əliyev və Tokayevlə bu problemi müzakirə edirik” – Putin

Rusiya prezidenti Vladimir Putin bildirib ki, azərbaycanlı və qazaxıstanlı həmkarları İlham Əliyev və Kasım-Jomart Tokayevlə görüşlərində Xəzər dənizinin dayazlaşması məsələsi müzakirə olunub, çünki bu, hamını narahat edir.

 Busaat.az xəbər verir ki, Putinin sözlərini “RİA Novosti” sitat gətirib:

“Azərbaycanda keçirilən görüşlərdə İlham Heydəroviç (Əliyev – red.) bu barədə danışırdı, indi Qazaxıstanda Kasım-Jomart Kemeleviç (Tokayev – red.) da məsələ qaldırır. Xəzərin dayazlaşması hər kəsi narahat edir. Və əlbəttə ki, bundan açıq-aydın və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”.

Chosen
28
7
busaat.az

10Sources