İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi əsgər Cavadov Mahmud Heydər oğlunun şəhadətinin dördüncü ildönümü münasibətilə məzarı ziyarət olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hüseyn Əfəndiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cavadov Mahmud Heydər oğlu şəhadətindən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!