Nizami rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun İ. Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. “Azəriqaz” İB-dən SİA-ya bildirilib ki, təmir işləri aparılan müddətdə Nizami rayonu üzrə B.Nuriyev 37, 41 küçələrinin və Q.Qarayev prospekti 93, Nərimanov rayonu üzrə isə İ.Həsənoğlu və Təbriz küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.