“Neftçi” Andre Şinyaşikinin ardından daha bir legionerlə yollarını ayırmağa hazırlaşır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Yeqor Boqomolskidən gedir. Belaruslu oyunçunun çıxışı məşqçilər heyətini razı salmır. O, artıq Samir Abadovun “qara siyahı”sındadı.
Forvardla qışda yollar ayrılacaq. Yeqorla yanaşı, daha 2-3 legionerin göndərilməsi gündəmdədi. Artıq bəzilərinə bu barədə məlumat verilib.
Xatırladaq ki, Boqomolskinin 2025-ci ilə qədər “Neftçi” ilə müqaviləsi var.