"Küçələrdə təmizlikçi işləyənlər 450 manat maaş alır. Vəziyyəti dəyişmək üçün bu sahənin təcili özəlləşdirilməsini təklif edirəm."
seher.media xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, bununla yanaşı, fəlsəfə doktorları, AMEA-nın elmi işçilərinin də maaşları azdır:
"Onların da əməkhaqlarının artmasına ehtiyac var. O cümlədən statistik məlumatlara əsasən, ötən il Azərbaycanda kişilərin 47.5 faizi pensiya yaşına çatmadan vəfat edib. Bu məsələni nəzərə alaraq, sosial sahədə addımların atılmasını vacib hesab edirəm".
Mərahim Nəsib