EN

Qüdrət Həsənquliyev: "Fəlsəfə doktorları, AMEA-nın elmi işçilərinin də maaşları azdır"

"Küçələrdə təmizlikçi işləyənlər 450 manat maaş alır. Vəziyyəti dəyişmək üçün bu sahənin təcili özəlləşdirilməsini təklif edirəm."

seher.media xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bununla yanaşı, fəlsəfə doktorları, AMEA-nın elmi işçilərinin də maaşları azdır:

"Onların da əməkhaqlarının artmasına ehtiyac var. O cümlədən statistik məlumatlara əsasən, ötən il Azərbaycanda kişilərin 47.5 faizi pensiya yaşına çatmadan vəfat edib. Bu məsələni nəzərə alaraq, sosial sahədə addımların atılmasını vacib hesab edirəm".

Mərahim Nəsib

Chosen
16
2
seher.media

10Sources