EN

Suriyada nə baş verir?

Suriya qoşunları müttəfiq qüvvələrin dəstəyi ilə Deyr əz-Zor əyalətində müxalif Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan kürd qüvvələrinin hücumlarını dəf edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

 

Təfərrüatlar açıqlanmayıb.

 

Suriya Müdafiə Nazirliyi həmçinin Suriya və Rusiya təyyarələrinin İdlib və Həma əyalətlərində bir qrup terrorçunu vurduğunu bildirib.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

Noyabrın 30-da Suriya Müdafiə Nazirliyi terrorçu qrupların Hələb şəhərinin bir çox ərazisinə daxil olduğunu açıqlayıb. Rusiya təyyarələri yaraqlıların cəmləşdiyi yerə zərbələr endirməyə başlayıb.

Bir müddət əvvəl ABŞ üsyançıların Suriyadakı hücumunun Türkiyəni Rusiya ilə münaqişəyə sürükləmək riski olduğunu bildirmişdi.

 

Nigar

 

Chosen
18
50
oxu24.com

10Sources