EN

Türkiyədən Azərbayacana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 205 milyon 724 min 20 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Azərbaycana 22 milyon 506 min 25 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 26,5 faiz azdır ” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq, 15 milyard 205 milyon 762 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 455 milyon 476 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyard 637 milyon 297 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Chosen
7
23
turkic.world

10Sources