EN

Növbəti “Maydan” cəhdi uğursuz oldu – Kobaxidze

“Gürcüstan cəmiyyəti üçün son dörd ildə inqilaba dörd cəhdi müşahidə etmək coş olmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrından ötən dörd il ərzində inqilabın və “Maydanı”n təşkili üçün xaricdən maliyyələşdirilən dörd cəhd olub.

“Dörd cəhdin əvəzinə biri ola bilərdi, məsələn, indi və bu cəhd üçün resurs daha güclü ola bilərdi. İndi görünür ki, son dörd ildə olduqca çox resurs boşuna sərf edilib”. – hökumət başçısı söyləyib.

İ.Kobaxidze qeyd edib ki, xarici agentlər və onların ağaları əllərində qalan son resurslarını istifadə ediblər.


Müəllif: Cəmilə Babayeva
Chosen
13
teleqraf.com

1Sources