EN

Britaniya liderindən xəbərdarlıq: “Rusiya qalib gəlsə...”

Sülh danışıqları Ukraynada müharibəyə son qoya bilər. Bunun üçün Kiyev masada yaxşı mövqedə olmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Kir Starmer deyib.

Britaniya lideri Rusiyanın Ukraynadakı qələbəsinin Avropanın təhlükəsizliyi, sabitliyi və rifahını təhlükə altına atacağı, Kremlin müttəfiqlərini cəsarətləndirə biləcəyi barədə xəbərdarlıq edib.

“Ukraynanı dəstəkləməyə davam etməli, nə qədər lazımdırsa, onun özünümüdafiəsi üçün lazım olan hər şeyi etməliyik. Ukraynanı danışıqlarda mümkün olan ən güclü mövqeyə gətirmək, onun təhlükəsizliyi, müstəqilliyi və öz gələcəyini seçmək hüququnu təmin edən şərtlərlə ədalətli və davamlı sülhü bərqərar etmək lazımdır”, - baş nazir vurğulayıb.

Starmer bundan əvvəl bildirmişdi ki, müharibə Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tərk etdikdən sonra bitməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
35
teleqraf.com

1Sources