EN

Sahil Babayev sabiq xanım deputatı özünə müşavir TƏYİN ETDİ

Sabiq deputat Jalə Əhmədovaya yeni vəzifə verilib. 
 
Adalet.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb. 
 
Əmrə əsasən, Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyinat alıb. 
 
J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, həmçinin Dünya Alpaqut Federasiyasının Prezidentidir. 

Qeyd edək ki, xəbəri bundan əvvəl "unikal" saytı yayıb.

Chosen
5
16
adalet.az

10Sources