EN

Von der Leyenlə Slovakiya Baş naziri arasında telefon danışığı olub

Avropa Komissiyası (AK) qurumun prezidenti Ursula von der Leyen ilə Slovakiyanın Baş naziri Robert Fitso arasında telefon danışığına dair məlumatları təsdiqləyib.

APA-nın Slovakiya mətbuatına istinadən xəbərinə görə, söhbət zamanı R.Fiko AK rəhbərinə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Kiyevə səfərində söylədiyi fikirlərə görə irad bildirib.

Avrokomissiyanın nümayəndəsi Paula Pinio həqiqətən də həmin telefon söhbətinin baş tutduğunu bildirsə də təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, tərəflər arasında baş tutan söhbət barədə “Denik N” portalının yaydığı məlumatda K.Kallasın Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsində sonuncunun qələbəsini istədiyi barədə fikirlər söylədiyi iddia edilib.

Chosen
35
2
apa.az

3Sources